Yanvarın 3-ü günortadan sonra İranın İlam əyalətində baş verən iğtişaşlarda üç nəfər həlak olub.
"Ölkə.az" Fars xəbər agentliyinə istinadla xəbər verir ki, Malekşahi rayonunda silahlı şəxslərin hüquq-mühafizə binasına girməyə cəhd etməsi nəticəsində toqquşmalar baş verib və bu da qarşıdurmaların şiddətlənməsinə səbəb olub.
Bəzi mənbələr toqquşmalar zamanı bir nəfərin öldüyünü və daha iki hücumçunun öldürüldüyünü bildirib.
Toqquşmalarda daha bir neçə nəfərin yaralandığını bildirib.
Elvin
Ölkə.az