AZ

“Qalatasaray” “Trabzonspor” rəqabətində 142 ci görüş

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə futbolunun iki köklü klubu “Qalatasaray” və “Trabzonspor” sabah tarixlərində 142-ci dəfə üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, tərəflər Super Kubok yarımfinalı çərçivəsində sabah Bakı vaxtı ilə saat 21:30-da qarşılaşacaq.

“Trabzonspor”un Super Liqaya yüksəldiyi 1974/75 mövsümündə başlayan 52 illik rəqabət ərzində komandalar rəsmi və yoldaşlıq olmaqla 141 dəfə qarşılaşıb. Bu oyunların 65-də “Qalatasaray”, 44-də “Trabzonspor” qalib gəlib, 32 görüş isə heç-heçə başa çatıb.

Keçirilən matçlarda “Qalatasaray” 192 qol vurub, “Trabzonspor” isə 156 dəfə fərqlənib.

“Qalatasaray” və “Trabzonspor” 2006-cı ildən etibarən Super Kubok adı ilə keçirilən turnirdə ilk dəfə üz-üzə gələcəklər. Tərəflər daha əvvəl Türkiyə çempionu ilə Türkiyə Kubokunun qalibi arasında oynanan Cumhurbaşqanlığı Kubokunda 1975/76 mövsümündə qarşılaşıb və həmin oyunda “Trabzonspor” 2:1 hesabı ilə qalib gəlib.

“Qalatasaray” “Trabzonspor”la keçirdiyi son səkkiz rəsmi matçda məğlub olmayıb. “Sarı-qırmızılı”lar bu görüşlərdə altı qələbə və iki heç-heçə əldə edib, 18 qol vurub, qapısında isə beş qol görüb.

“Qalatasaray” rəqibi üzərində ən böyük hesablı qələbələrini 21 yanvar 2024-cü ildə səfərdə 5:1 və 26 may 2001-ci ildə İstanbulda 4:0 hesabları ilə qazanıb.

“Trabzonspor” isə 1 sentyabr 2018-ci ildə Trabzonda keçirilən liqa oyununda “Qalatasaray”ı 4:0 hesabı ilə məğlub edib.

Bununla yanaşı, 15 noyabr 1998-ci ildə İstanbulda keçirilən və “Trabzonspor”un 5:3 hesablı qələbəsi ilə başa çatan oyun iki komanda arasında ən məhsuldar qarşılaşma kimi tarixə düşüb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
113
11
icma.az

10Mənbələr