AZ

Barselona İnter in mərkəz müdafiəçisi ilə maraqlanır

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Barselona" "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni ilə maraqlanmağa davam edir. Sport24.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Kataloniya klubu Bastonini "rənglərinə bağlamaq" istəyir. 

Mənbənin sözlərinə görə, hazırda tərəflər arasında 26 yaşlı futbolçunun "blaugrana"ya transferi ilə bağlı açıq danışıqlar aparılmayıb. Hər şey "Barselona"nın maliyyə imkanlarından asılı olacaq.

Bastoninin transferi 70-80 milyon avro dəyərində qiymətləndirilir. İtaliyalı müdafiəçi hazırda "İnter"lə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, Bastoni bu mövsüm bütün turnirlərdə 20 oyunda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
17
sport24.az

10Mənbələr