AZ

Ceyms Milner Premyer Liqada 25 ci təqvim ilini keçirir

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngiltərə Premyer Liqasında çıxış edən təcrübəli yarımmüdafiəçi Ceyms Milner turnirdə artıq 25-ci təqvim ilini keçirir.

İdman.Biz xəbər verir ki, Milner karyerasına 2002-ci ildə “Lids Yunayted”də başlayıb və o vaxtdan bəri ardıcıl olaraq müxtəlif təqvim ilində İngiltərə çempionatında meydana çıxan ilk futbolçulardan biri olub.

Futbolçu karyerası ərzində “Lids”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti”, “Liverpul” və “Brayton” kimi klubların formasını geyinib.

O, karyerası ərzində 888 oyuna çıxıb və 86 qol vurub.

Milnerin uzunmüddətli karyerası onun fiziki hazırlığı, peşəkarlığı və yüksək səviyyədə sabit çıxışı ilə izah olunur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
1
icma.az

2Mənbələr