Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyənin "Qalatasaray" klubu dayaq yarımmüdafiəçisi Manuel Uqarteni icarəyə götürmək üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Mənbə İstanbul təmsilçisinin "qırmızı şeytanlar"a 15 milyon funt sterlinq (17,2 milyon avro) ödəməyə hazır olduğunu, lakin İngiltərə nəhəngindən "yox" cavabı aldığını vurğulayıb. Məlumata görə, icarə variantına razılaşmayan MY 24 yaşlı futbolçunu 45 milyon funt sterlinq (51,7 milyon avro) qarşılığında "Qalatasaray"a sata bilər. Portuqaliyalı oyunçunun Mançester təmsilçisində özünü xoşbəxt saymadığı və bu məqamın onun iş yerini dəyişmək ehtimalını artırdığı bildirilib.
Qeyd edək ki, Uqarte cari mövsüm MY forması ilə bütün turnirlərdə 12 matça çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.