AZ

İran XİN: Azərbaycanla siyasi və iqtisadi münasibətlərin gücləndirilməsi zəruridir

BAKI, 4 yanvar. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi bu ölkənin Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə Azərbaycanla münasibətlərin perspektivi barədə danışıb.

Teleqraf xəbər verir ki, bu barədə Abbas Əraqçi "Telegram" kanalında məlumat paylaşılıb.

Bildirilib ki, səfir A. Əraqçini ikitərəfli münasibətlərin son vəziyyəti barədə məlumatlandırıb.

İran XİN-in rəhbəri yaxşı qonşuluq siyasətinin daha təsirli şəkildə irəlilədilməsi üçün Azərbaycanla iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə münasibətlərin davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi zərurətini vurğulayıb.

Seçilən
126
35
teleqraf.com

10Mənbələr