“Qarabağ” klubunun qış fasiləsində Antalya toplanışı zamanı qarşılaşacaqları rəqiblərin adına aydınlıq gəlib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 12-də Özbəkistanın “Neftçi” Fərqanə klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17-də başlayacaq.
Yanvarın 16-da isə Qurban Qurbanov yetirmələrini Polşanın “Zaqlembe” klubu ilə görüşdə sınayacaq. Bu qarşılaşmanın başlama saatı isə 19-dadır. Qeyd edək ki, “Qarabağ” yanvarda ilk rəsmi oyununu yanvarın 21-də Bakıda Çempionlar Liqası çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta