Azərbaycan əsilli rusiyalı bloger Hüseyn Həsənov növbəti dəfə yerli medianın gündəminə gəlib.
"Ölkə.az" xəbər verir ki, TASS nəşri 170 milyon rubl məbləğində vergidən yayınmaqda ittiham olunan blogerin fərdi sahibkarlıqla bağlı yeni vergi borcunun olduğunu yazıb. Sayt hüquq-mühafizə orqanlarına istinad edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Həsənovun vergi borcu 61.510 rubl təşkil edir.
Xatırladaq ki, ötən ilin may ayında məşhur blogerə qarşı çirkli pulların yuyulması maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi) ilə qiyabi ittiham irəli sürülüb.(Publika.az)