AZ

M 4 avtomobil yolunda 6 nəqliyyat vasitəsi toqquşdu 4 nəfər öldü FOTO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyanın Rostov vilayətində baş verən ağır yol qəzasında dörd nəfər ölübRusiyanın Rostov vilayətində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər həlak olub, daha iki nəfər xəsarət alıb. Avtosfer.az yerli mediaya istinadən məlumatına görə, bu barədə vilayət FHN-in Baş idarəsi məlumat yayıb. "Rostov vilayətinin Aksay rayonunun Krasnıy Kolos qəsəbəsi yaxınlığında "M-4 Don" magistralının 1042-ci kilometrində 5 minik avtomobili və bir yük maşını toqquşub", – açıqlamada bildirilib. Dövlət şirkəti "Avtodor"un "Telegram" kanalında qeyd olunub ki, qəza səbəbindən Krasnodar istiqamətində hərəkət məhdudlaşdırılıb. Rostov vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerinə vilayət Baş idarəsinin rəhbəri Aleksandr Reçitski gedib. Qəzanın səbəbləri araşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
3
avtosfer.az

7Mənbələr