AZ

Türkiyədə şiddətli şaxtalar: Termometrlər mənfi 36 dərəcəni göstərir

Türkiyənin bir neçə bölgəsində davam edən şiddətli şaxtalar şərqi Anadolunun sakinlərinə mənfi təsir göstərir.

Paralel.az xəbər verir ki yanvarın 4-nə keçən gecə Gürcüstanla həmsərhəd olan Ərdəhan əyalətində temperatur qeyri-adi aşağı səviyyələrə düşüb.

Ərdəhan şəhərinin özündə temperatur -24,8 dərəcə Selsi olub. Göle rayonunda isə meteoroloqlar -36 dərəcə Selsi qeydə alıblar ki, bu da ölkədə ən aşağı temperatur göstəricisidir.

Ondan bir gün öncə Anadolunun eyni bölgəsində temperatur -40 dərəcə Selsiyə yaxınlaşıb.

Şiddətli şaxtalar son günlərdə şərqi Anadolunun hər yerində davam edir, bu da bəzi əyalətlərdə hakimiyyəti təhsil prosesini dayandırmağa və sakinləri yalnız zəruri hallarda çölə çıxmağa çağırmağa vadar edib.

Seçilən
78
50
paralel.az

10Mənbələr