AZ

Moldova Rusiya ilə ikitərəfli vizasız rejimi ləğv edə bilər - ilk addım atıldı…


Avropa İttifaqına üzvlük danışıqlarına hazırlaşan Moldova, keçmiş Sovet ölkələri ilə bəzi razılaşmaları da AB standartlarına uyğunlaşdırmağa çalışır.

Bu kontekstdə Moldova Parlamenti MDB dövlətləri ilə imzalanmış daha üç müqaviləni ləğv edib. Ləğv edilmiş müqavilələrdən biri 1992-ci ildə Bişkekdə imzalanmış və MDB vətəndaşları arasında vizasız səyahəti tənzimləyən sazişdir.

Moldova xarici işlər naziri Mihai Popşoi bildirib ki, bu müqavilələr artıq işlək deyil və bir neçə digər MDB ölkəsi tərəfindən ləğv edilib. Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Mixai Mîțu isə bildirib ki, Avropa Komissiyası Moldovaya viza siyasətini qanunsuz immiqrasiya və ya təhlükəsizlik baxımından risk yaradan üçüncü ölkələrin siyahısı ilə uyğunlaşdırmağı tövsiyə edib.

Parlament müqavilənin ləğvinin Moldova vətəndaşlarının yalnız Tacikistan və Qırğızıstana səyahətlərinə təsir edəcəyini, əksər MDB ölkələri ilə ikitərəfli vizasız sazişlərin qüvvədə qalacağını bildirib.

Burada Moskvanı narahat edən bir məqam da var - Moldovanın Rusiya Federasiyası ilə ikitərəfli vizasız rejim sazişini ləğv edə biləcəyi ehtimalı. Əgər bu baş versə viza tələblərinin tətbiqinə səbəb ola bilər.

Viza mübahisələri ilə yanaşı, iki ölkə arasında mədəni sahədə də gərginlik artır. Moldova prezidenti Maya Sandunun iki ölkə arasında mədəniyyət mərkəzləri haqqında sazişi ləğv edən fərman imzalamasından sonra Kişinyovdakı Rus Evi bağlandı. Bildirilir ki,Moldovada yaşayan Rusiya vətəndaşları da bu dəyişən mühitdə qalmaq və ya getmək barədə seçim etməli ola bilərlər.

Nəticə olaraq, Moldovanın AB üzvlüyünə doğru atdığı addımlar, xüsusən də Rusiya ilə dərin iqtisadi, sosial və mədəni əlaqələri səbəbindən ciddi müzakirələrə səbəb olur.

TAHİR

Seçilən
70
50
baki-xeber.com

10Mənbələr