Qışda heyətini gücləndirmək niyyətində olan ''Beşiktaş''la bağlı maraqlı bir transfer iddiası ortaya atılıb.
"Football-plus.az" xəbər verir ki, ''Hürriyət'' nəşrinin paylaşdığı xəbərə inansaq, İstanbul nəhəngi öz kapitanı Orkun Kökçünün qardaşı, bizim futbolsevərlərə də gözəl tanış olan yığmamızın üzvü Ozancan Kökçü ilə ciddi şəkildə maraqlanır. Şayiələrə inansaq, ''ağ-qaralar''ın skautları artıq neçə müddətdi, bu futbolçunu təqib edir və onlar Ozancanın transferinə müsbət yanaşıblar.
Azərbaycanın U-20, U-21 və əsas yığmasında forma geymiş Ozancan hazırda ''Volendam''ın şərəfini qoruyur. Özü də onun erediviziya təmsilçisi ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Qardaşı ilə eyni klubda oynamağa can atan Ozancan bu transferin baş tutması üçün hər cür fədakarlığa hazırdı.
''Beşiktaş''ın futbol şöbəsinin rəsmiləri Murat Kılıç, Kaan Kasacı və Melih Aydoğdu hazırda bu transferi bitirməyə çalışırlar. Transfer dəyəri 350 min avro olan Ozancan Kökçü Türkiyədə daha öncə ''Bursaspor'' və ''Girəsunspor''da forma geyib. Hər iki cinahda oynamağı bacaran 27 yaşlı vinger bu mövsüm ''Volendam''da 17 rəsmi oyunda iştirak edərək aktivinə 1 qol, 2 məhsuldar ötürmə yazıb. Yığmamızın heyətində o indiyə qədər 14 oyun keçirib və 2 məhsuldar ötürmə ilə fərqlənib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta