AZ

Kiyevdə terror törədilib, bir avtomobil partladılıb

BAKI, 4 yanvar. TELEQRAF

Kiyevin Heroiv Dnipra küçəsindəki bir evin həyətində baqaj açılarkən baş verən avtomobil partlayışı terror aktı kimi təsnif edilib və məhkəməyəqədər araşdırma başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğu məlumat yayıb.

Partlayış nəticəsində bir hərbçi qəlpə yaraları alıb. Yaxınlıqda olan bir qadın xəsarət almayıb.

Partlayışla bağlı Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 1-ci hissəsi - terror aktı, yəni insanların həyatı və ya sağlamlığı üçün təhlükə yaradan partlayış və ya digər hərəkətlərin törədilməsi ilə bağlı məhkəməyəqədər istintaq başlanıb.

Seçilən
145
3
teleqraf.com

10Mənbələr