Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Almaniyanın "Vulkan" solçu ekstremist qruplaşması yanvarın 3-də Berlindəki Lixterfeld elektrik stansiyasında kabellərin yandırılmasına görə məsuliyyəti üzərinə götürüb.
Moderator.az xəbər verir ki, bu barədə "Tagesspiegel" qəzeti məlumat yayıb.
Bəyanatda qruplaşma yanğını "ümumi rifaha yönəlmiş aksiya" adlandırıb.
"Bu gecə biz Berlində – Lixterfeld qaz elektrik stansiyasının fəaliyyətini uğurla sabotaj etdik. Elektrik stansiyasına hücum özünümüdafiə, Yer kürəsini və həyatı qoruyan hər kəslə beynəlxalq həmrəylik aktıdır", – qruplaşmanın bəyanatında deyilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.