AZ

Xocalıda yolların buz bağlaması səbəbindən köməksiz qalan vətəndaşlar xilasedilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xocalı rayonu, Baharlı kəndi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat daxil olan kimi əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

 

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkət edə bilməyən "Azsamand" markalı minik avtomobilinin hərəkəti təmin olunub və vətəndaşlara müvafiq köməklik göstərilib.

Seçilən
179
45
day.az

10Mənbələr