AZ

Avropalılarla bağlı eşitdiyimiz bu məlumat doğru imiş Rəqəmlər

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Cəmiyyətimizdə belə bir fikir var ki, Avropa ölkələrində əhalinin bir çoxunun öz evi yoxdur və onlar daha çox kirayədə yaşamağa üstünlük verirlər”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

O bildirib ki, bu fikirdə müəyyən həqiqət payı var:

“Məsələn, “Eurostat”ın 2024-cü il üzrə məlumatına görə, Almaniyada əhalinin 53%-i, Avstriyada 46%-i, Danimarkada 39%-i kirayədə yaşayır. Ancaq digər ölkələrdə, xüsusilə də postsosialist ölkələrində bu göstərici daha aşağıdır. Rumıniya (94%), Slovakiya (93%), Macarıstan (92%), Xorvatiya (91%) kimi ölkələrdə əhali yaşadıqların evin mülkiyyətçisi olmasına üstünlük verir. Avropa İttifaqı (Aİ) ölkələrində əhalinin ortalama 2/3-si (68%) fərdi evə sahibdirlər”.

İqtisadçı qeyd edib ki,  bir sıra ölkələrdə kirayə yaşayışın yüksək olmasının müəyyən səbəbləri var:

“Bura evlərin qiymətinin baha olması, ipoteka krediti götürmək istəyən əhalinin ilkin ödənişi ödəmək qabiliyyətinin olmaması, kirayə müqavilələrinin uzunmüddətli olması və kirayədə qalanın istənilən vaxt evdən çıxartmağın çətinliyi, iri şəhərlərdə işə yaxın məkanlarda yaşamaq arzusu daxildir”.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
135
50
globalinfo.az

10Mənbələr