“Fənərbaxça” qış transfer dönəminə çox sürətli başlayıb.
"Football-plus.az" xəbər verir ki, baxmayaraq ki, “pəncərə” yalnız yanvarın 2-də açılacaq. İstanbul nəhəngi artıq ikinci transferi tamamlayıb. PSV-dən Coui Veermanın keçidi həll olunub, bu oyunçu yanvarın əvvəllərində Türkiyəyə gələcək.
Transferi tamamlanan digər futbolçu isə Entoni Musabadı. “Samsunspor”un niderlandlı vingerinin bir ayağı artıq İstanbuldadı. Düzdü, həftənin əvvəlində “Samsunspor” rəsmiləri israrla bu transferi təkzib edirdilər.
Onlar bildirirdilər ki, “Fənər”dən heç kim klubla əlaqə saxlamayıb. Amma əlaqə saxlamağa ehtiyac yoxdu. Musabanın sərbəstqalma maddəsi 6 milyon avrodu və “sarı-lacivərdlilər” artıq bu məbləği ödəyib.
25 yaşlı niderlandlı vinger həftənin əvvəlindən Samsun klubunda məşqlərə və oyunlara çıxmaqdan imtina edib. Bu üzdən klub onun qaçırdığı hər məşqə görə para cəzası veriləcəyini açıqlayıb. İki klub arasında münasibətlər bir qədər pozulsa da, bu transfer artıq qaçılmaz kimi görünür.
“Neymegen”in yetirməsi olan, bu klubdan başqa “Serkl Brügge”, “Herenven”, “Mets” və 2023-25-ci illər aralığında çempionşip təmsilçisi “Şeffild Yunayted”də top qovmuş Musaba Türkiyəyə bu yay gələrək “Samsunspor”la dördillik müqavilə imzalamışdı. Domeniko Tedesko onun sürətli keçidlərinin, driblinq özəlliklərinin və pressinqdə fəal iştirak etməsinin “Fənər”ə faydalı olacağını düşünür. Universal futbolçu hər iki cinahda, eləcə də hücumda oynamağı bacarır.
Musaba “Neymegen”in akademiyasında Fərdi Kadıoğlu ilə birlikdə yetişib. Hazırda “Fənər”də Niderlanddan olan Ceyden Osotervolde də yer alır. Üstəlik “Fənər”in rəsmisi Ərtan Torunoğullarının Niderlandda biznesi var. Musabanın artıq Türkiyə çempionatını yaxından tanıması da onun üçün əlavə üstünlükdü.
Qısası, “Fənər” üçün bu, qış transfer dönəmində güydöndüşmə transferdi. Musabanın bu mövsüm superliqada 15 oyunda hesabına 4 qol, 2 məhsuldar ötürmə yazdığını bildirək.
“Samsunspor” prezidenti Yüksəl Yıldırım da bu məsələyə son qoyulduğunu açıqladı. O, UEFA-ya şikayət etməyəcəklərini, bu mövzunun qapandığını və Musabanın artıq “Fənərbaxça”nın futbolçusu olduğunu bildirdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta