AZ

Ermənistan‑Gürcüstan sərhədində 5 kilometrlik tıxac yarandı

Ermənistan‑Gürcüstan sərhədində 5 kilometrlik tıxac yaranıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bildirilib ki, tıxac beynəlxalq əhəmiyyətli "C‑7" magistralında - Sadaxlı yaşayış məntəqəsindən başlayır. Nəqliyyat vasitələrinin sərhədi keçmə müddətinin 3 saata çatdığı qeyd olunub.

Tıxacın əsas səbəbi kimi Yeni il bayramı ilə bağlı Gürcüstana gedən vətəndaşların kütləvi şəkildə Ermənistana geri dönməsi göstərilir.


Telegram kanalımız
Seçilən
97
50
yenisabah.az

10Mənbələr