Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər.
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə uzun illərdir müzakirə olunan plansız və sənədsiz evlər riskli zonalarda olan tikililərin aqibətini yenidən gündəmə gətirib.
Millət vəkili Jalə Əliyevanın “Xəzər” TV-yə açıqlamasına görə, proses həm də ölkə büdcəsi üçün müsbət haldır, çünki qeydiyyata alınan və sənədləşdirlən torpaq sahələri və evlərin sahibləri vergi ödəyicisi olacaq.