AZ

Kadırovun yeni görüntüsü suallar doğurdu - İctimai tədbirdə əsa ilə gəldi

Çeçenistan rəhbəri Ramzan Kadırov ictimai tədbir zamanı əlində əsa ilə görüntülənib.

Milli.Az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, Kadırov bu vəziyyətdə videoya çəkilib. Kadrlar Açxoy-Martan rayonunun Novı Şaroy kəndində hafizlik məktəbinin açılış mərasimində qeydə alınıb.

Yayımlanan görüntülərdə Çeçenistan liderinin əlində taxta əsa tutduğu aydın görünür. Bununla belə, onun yeriməsində hər hansı çətinlik və ya axsaqlıq olub-olmadığı videodan dəqiq seçilmir.

Kənan
Milli.Az

Seçilən
46
50
milli.az

10Mənbələr