AZ

Yemək qoxulu “ƏTİRLƏR” Yaradıcılıq, yoxsa marketinq hiyləsi?

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Təsəvvür edin ki, yolda gedərkən, yaxud hər hansı bir məkandaykən qəfil isti təndir çörəyi, dolma, yaxud dəmə qoyulmuş plov, kabab iyi gəlir... Tez qoxunun gəldiyi tərəfə dönürsünüz, amma ətrafda nə mətbəx var, nə də restoran. Sadəcə bir şüşə ətir var. Mistik, qorxulu filmlər kimi səslənir, deyilmi? Amma burda möcüzə sadəcə yaradıcılıqdadır. Son illər Avropada yeməklərin qoxusunu təkrarlayan ətirlər ortaya çıxıb. Bu kəşf ətriyyat dünyasının uğurudur, yoxsa marketinq planı? Yəni insanları acdırmaq, kafe-restoranlara yönəltmək üçün bir kapitalizm hiyləsidirmi? Marketoloq Fəhmin Seyidov mövzuyla əlaqədar Bizim.Media-ya deyir ki, qoxuları təqlid edən ətir aroma məhsullarıdır. Onlar xoş rahiyədən çox, şirnikləndirici məqsəd daşıyır: “Qoxu əslində yaddaşdır, biz uşaqlıqdan tanıdığımız yeməklərin, içkilərin ətrini bilirik, yaddaşımıza həkk olunur. Qoxu yaddaşımıza “hücum” edəndə onun bir növ həsrətini çəkirik, əldə etmək istəyirik. Yemək qoxularını təkrarlayan,  “yeməli ətirlər” dediyimiz məhsulların hazırlanması bir yenilik və yaradıcılıq hesab olunsa da burada prioritet marketinqdir. Çünki qoxu duyğusu dad duyğusu ilə sıx bağlıdır. İnsan qoxunu iyləyib tanıyanda gözünün önündə canlanan məhsulla emosional bağ yaradır”Marketoloq həmçinin bildirdi ki, bu “ətir”lər həm də turizmi də təşviq edə bilər. “Təsəvvür edin, Azərbaycanda dolma, cürbəcür plov növləri yeyib məmnun qalmış əcnəbi öz ölkəsinin vitrinində bu ətirlərdən görüb istifadə edir. Dərhal çox bəyəndiyi dad və onun aid olduğu ölkə gözündə canlanır. Yenidən səyahət etmək istəyir. Yəni xarici vətəndaşlara “gəl,  bu yeməyi ölkəsində ye” mesajını ötürür”. Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
148
36
bizim.media

10Mənbələr