2005-ci ildə yayımlanan məşhur "Kurtlar Vadisi" serialında Venesuela detalı diqqət çəkib.
Publika.az xəbər verir ki, sözügedən kadrlar sosial şəbəkədə yenidən paylaşılıb.
Görüntülərdə əks olunan dialoqda Venesuela ilə ABŞ arasındakı münasibətlərdən bəhs edilib:
"ABŞ Milli Demokratiya Fonduna (NED) pərdəarxasında dəstək verir. Bu qurumun rəhbərliyində təmsil olunan şəxslərin böyük əksəriyyəti keçmiş CIA - Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency) əməkdaşlarıdır. ABŞ-da fond, institut və ya mərkəz adı altında fəaliyyət göstərən, hüquqi statusa malik bir çox qurum əslində CIA-nın maraqları naminə çalışır".
Serialda bildirilir ki, NED dünən Nikaraquada və Kolumbiyada, bu gün isə Venesuelada müxtəlif əməliyyatlar həyata keçirir: