Bu gün İranın İsfahan əyalətinin Fuladşəhr şəhərində etiraz aksiyaları zamanı etirazçılarla rejimin təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanıb.
NOCOMMENT.az xəbər verir ki, təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq məqsədilə müdaxilə etməyə çalışıb. Qarşıdurmalar zamanı bəzi hallarda təhlükəsizlik qüvvələrinin geri çəkildiyi də bildirilir.
Hadisə nəticəsində saxlanılanlar və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb. Şəhərdə vəziyyət gərgin olaraq qalır.