AZ

İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib.

Publika.az xəbər verir ki, nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxildir.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən qonaqlar Bakıda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdıqlarını dedilər.

Qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdılar.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Seçilən
159
50
publika.az

10Mənbələr