AZ

Berlində 45 min ev işıqsız qalıb

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyanın paytaxtı Berlinin cənub-qərb hissəsində elektrik kəsintisinə Lixterfeld stansiyasına aparan ötürücüdə qəsdən törədilmiş yanğın səbəb olub. Bu barədə şəhərin meri Kay Veqner məlumat verib. Onun sözlərinə görə, hadisənin arxasında “solçu ekstremistlər” dayanır.

Stromnetz Berlin operatoru bildirib ki, elektrik təchizatının tam bərpası bir neçə gün çəkə bilər və prosesin təxminən yanvarın 8-dək davam edəcəyi gözlənilir. Berlin polisi hadisə ilə bağlı məsuliyyəti üzərinə götürdüyünü iddia edən məktub aldıqlarını və hazırda onun həqiqiliyinin yoxlanıldığını açıqlayıb. Məhəmmədəli Həsənli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
108
8
azvision.az

10Mənbələr