İraq Baş naziri Məhəmməd Şiya Sudani, İŞİD terror təşkilatına qarşı mübarizə çərçivəsində bölgədə olan ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus Ayn əl-Əsəd bazasını geri alacaqlarını açıqlayıb.
Sudani, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Ənbar əyalətindəki ölkənin ən strateji bazasını tərk edəcəyini bildirib.
"İraq xalqının rifahını təmin etmək, milli suverenlik məsələsini tamamlamaq üçün yorulmadan çalışdıq. Bu müddətdə beynəlxalq koalisiyanın İraqdakı mövcudluğuna son qoymaq nöqtəsinə çatdıq və yaxın günlərdə Əyn əl-Əsəd bazasını təhvil alacağıq" – deyə Sudani bildirib.
TAHİR