AZ

Rubio: Venesuelada heç bir ABŞ qoşunu yoxdur

Vaşinqton, 4 yanvar, AZƏRTAC

“ABŞ narkotik kartelləri ilə müharibə aparır, Venesuela ilə yox”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Marko Rubio “NBC News”a müsahibəsində deyib. O bildirib ki, ölkəsi neft sanksiyaları ilə bağlı Amerika qanunlarını tətbiq edir, məhkəməyə müraciət edir, order alır və neft daşıyan gəmiləri ələ keçirir.

O, Venesuelada heç bir Amerika qoşununun olmadığını və Venesuelada qalan liderləri düzgün qərar verərsə, ABŞ-ın onlarla işləməyə hazır olduğunu əlavə edib.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
147
34
azertag.az

10Mənbələr