AZ

"Əl-Əhli"də oynamış hücumçu Azərbaycan klublarına lazım olmadı 

“Neftçi”nin sabiq hücumçusu Dembo Darbo yenidən Azərbaycanda oynamaq istəyib. 

Sportal.az saytına verilən məlumata görə, qambiyalı forvard Premyer Liqa klublarımıza təklif edilib. 

Amma ona maraq göstərən Azərbaycan klubu tapılmayıb. 27 yaşlı futbolçunun maaşının yüksək olması da, ona olan marağı azaldıb.

"Banjul"un sabiq forvardı “Şkupi”(Şimali Makedoniya), “Şaxtyor”(Soliqorsk, Belarus), “Əl-Nəsr”(BƏƏ), “Astana”, “Ordabası”(hər ikisi Qazaxıstan), “Neftçi” və “Əl-Əhli”(Liviya) klublarının formasını geyinib.

 

saytlarin hazirlanmasi

Seçilən
87
50
sportal.az

10Mənbələr