AZ

“Marsel” evdə uduzdu

Fransa Liqa 1-in 17-ci turu çərçivəsində keçirilən “Marsel” – “Nant” oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Marsel şəhərində yerləşən “Orange Velodrom” stadionunda baş tutub. Matçın baş hakimi Mark Bollanje olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 26-cı dəqiqəsində “Marsel”in yarımmüdafiəçisi Artur Vermeren qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Say üstünlüyündən istifadə edən “Nant” 31-ci dəqiqədə hesabı açıb – qonaqların müdafiəçisi Fabien Sentons fərqlənib. Qoldan dərhal sonra, 32-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Bilal Nadir oyuna daxil olub.

İkinci hissədə Nadir 54-cü dəqiqədə sarı vərəqə alıb, iki dəqiqə sonra isə qayda pozuntusuna görə ikinci xəbərdarlıqla meydandan qovulub. Qarşılaşmanın sonlarında, 88-ci dəqiqədə “Krasnodar”ın sabiq futbolçusu Remi Kabella penaltini dəqiq yerinə yetirərək “Nant”ın üstünlüyünü artırıb.

Fransa çempionatında 17 turdan sonra “Marsel” 32 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alır. “Nant” isə 14 xalla 16-cı mövqedə qərarlaşıb.

Seçilən
118
7
90deqiqe.az

10Mənbələr