Ayətullah Əli Xamenei dekabrın sonlarından başlayan kütləvi etirazlar barədə açıqlama verib.
"Unikal" xəbər verir ki, o, iğtişaşlarda iştirak edənlərin "yerlərinə oturtmalı" olduğunu bildirib. Xamenei iqtisadi çətinliklərin başa düşülən olduğunu, lakin bunlardan xarici qüvvələrin xeyrinə siyasi etirazları alovlandırmaq üçün istifadə edilməməli olduğunu söyləyib.
Xamenei, həmçinin, ABŞ və İsraili ölkənin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb
Qeyd edək ki, İrandakı etirazlar rialın devalvasiyası və iqtisadi vəziyyətin pisləşməsi fonunda başlayıb.