AZ

İranda gərginlik artır - etiraz aksiyalarında ölənlərin sayı 20-yə çatdı…


İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) iqtisadi problemlərlə bağlı başlayan etirazlarda ölənlərin sayının 20-yə çatdığını açıqlayıb.

Bildirilir ki, səkkiz gündür davam edən və ölkənin 31 əyalətindən 26-sında baş verən etirazlarda 19 etirazçı və təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub. Ümumilikdə, ölkə daxilində 222 yerdə baş verən etirazlarda 51 nəfər yaralanıb və ən azı 990 nəfər saxlanılıb.

Xəsarətlərin əsasən plastik güllələrdən qaynaqlandığı bildirilir. İran hakimiyyəti nümayişlərdə ölən və ya yaralananların sayı ilə bağlı heç bir rəsmi açıqlama yaymayıb.

Ötən il dekabrın 28-də milli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarında başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.

TAHİR

Seçilən
84
50
baki-xeber.com

10Mənbələr