Vəzifəli şəxsin meyiti aşkarlanıb.
NOCOMMENT.az milli.az-a istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb.
Rayon sakini, 1990-cı il təvəllüdlü Ziya Muradovun meyiti şəhər ərazisində, qardaşına məxsus evdə tapılıb.
Ölümün dəqiq səbəbi hələ ki məlum deyil. Bildirilir ki, mərhum evli olub.
Qeyd edək ki, Ziya Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.

