Ajans.az xəbər verir ki, bu bəyanatla ABŞ dövlət katibi Marko Rubio çıxış edib. “Bizə Venesuela nefti lazım deyil. ABŞ-da kifayət qədər neft var. Amma Venesuelanın neft sənayesinin ABŞ-ın rəqibləri tərəfindən idarə olunmasına icazə verməyəcəyik”, – deyə Rubio "NBC News" telekanalına müsahibəsində bildirib.
Dövlət katibi əlavə edib ki, ABŞ Venesuela neftindən əldə olunan gəlirlərin “Venesuela xalqının rifahı naminə” istifadə olunmasını istəyir.