AZ

Gürcüstanda Marneuli bazarında güllə yarası alan gənc həyatını itirdi – YENİLƏNİB

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərinin bazarında baş verən silahlı insident ölümlə nəticələnib.

NOCOMMENT.az Oxu.az-a istinadən xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 27 yaşlı gənc tibbi müdaxilələrə baxmayaraq, “Aversi” klinikasında həyatını itirib.

Məlumata əsasən, gəncin ölüm xəbərindən sonra klinikada qarşıdurma yaranıb, bununla əlaqədar hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər və insanları çölə çıxarıblar.

Mövcud məlumata əsasən, güllə yarası alan atanın vəziyyəti isə stabildir. Hadisənin başvermə səbəbləri və təfərrüatı araşdırılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi üzrə istintaq aparılır. Sözügedən maddə qəsdən adam öldürməyə cəhd hallarını nəzərdə tutur.

***

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu yaralanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, silahlı insident qızıl mağazasında qeydə alınıb.

Onların hər ikisi xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Atanın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Atəş açan naməlum şəxsin kimliyini müəyyən etmək üçün müşahidə kameralarının qeydə aldığı görüntülər yoxlanılır, istintaq hərəkətləri həyata keçirilir.

Seçilən
59
50
nocomment.az

10Mənbələr