AZ

Qalatasaray 27 yaşlı yarımmüdafiəçi ilə vidalaşdı Açıqlama

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Qalatasaray" 27 yaşlı futbolçu Berkan Kutlu ilə yollarını ayırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub vida mesajı yayıb.

Vida mesajına 27 yaşlı yarımmüdafiəçiyə uğurlar arzulanıb. "Birlikdə qazandığımız uğurlar və yaşadığımız sevincli günlər həmişə xatırlanacaq. Sənə ən xoş arzularımızı diləyirik".

Qeyd edək ki, Berkan Kutlu "Qalatasaray"la 3 Super Liqa titulunu, 1 Türkiyə Kubokunu və 1 Super Kubokunu qazanıb.

Onun bu gün "Konyaspor"la müqavilə imzalayacağı gözlənilir.

Fərid ASLAN

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
18
mia.az

10Mənbələr