AZ

Britaniya Baş naziri: ABŞ ın Venesuelaya müdaxiləsindən narahat deyilik

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Böyük Britaniya uzun müddətdir Venesuelada hakimiyyət dəyişikliyini dəstəkləiyir.  Biz hələ illər əvvəl Nikolas Maduronu qanunsuz prezident hesab etdik. Bu səbəbdən onun rejiminin sonundan narahat deyilik"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Keir Starmer ABŞ-ın yataq otağında həbs edərək ölkədən çıxardığı Nikolas Maduro ilə bağlı açıqlamasında deyib.

Baş nazir deyib ki, nə Maduronun taleyindən, nə də ABŞ-ın gözlənilməz əməliyyatından narahatdırlar: "Böyük Britaniya hökuməti Venesuela xalqının iradəsini əks etdirən qanuni bir hökumətə təhlükəsiz və dinc keçidi təmin etmək üçün yaxın günlərdə ABŞ-la müzakirəyə başlayacaq".

Xatırladaq ki, Britaniya hələ illər əvvəl Maduronun seçki saxtakarlığı ilə iqtidarı qanunsuz zəbt etdiyini bəyan edərək, adıçəkilən ölkənin İngiltərə banklarında olan 31 ton qızılını da bloklayıb.

Lamiyə

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
21
mia.az

10Mənbələr