AZ

Yunanıstanda 90 uçuş təxirə salındı Texniki problem yaranıb

Mia.az saytına istinadən ain.az xəbər verir.

Yunanıstan tənzimləmə mexanizmində yaranan problemə görə hava məkanında çoxsaylı uçuşlar dayandırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə hava limanlarından açıqlama verilib.

Rəsmi məlumata əsasən, Afina və Makedoniya regional idarəetmə mərkəzlərində istifadə olunan bəzi radiotezliklərdə saat 09:00-dan etibarən yaranan texniki problem hava hərəkəti dispetçerləri ilə pilotlar arasında rabitə əlaqəsini pozub: "Buna görə, Yunanıstandakı hava limanlarında eniş və qalxışlar müvəqqəti olaraq dayandırılıb. Bəzi təyyarələr məcburən başqa hava limanlarlna yönləndirilib".

Yunanıstan Mülki Aviasiya İdarəsindən bildirilib ki, problemn kökü araşdırılır.

Yunan mediası yazır ki, yaranan problemə görə təxminən 90 uçuş dayandırılıb.

Lamiyə Əhmədli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
39
mia.az

10Mənbələr