AZ

Formal panduslar, işləməyən liftlər: İnklüziv şəhər nə vaxt gerçək olacaq?

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Şəhərdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş panduslar, liftlər, eskalatorlar, xüsusi nəqliyyat vasitələri və digər infrastrukturlar mövcud olsa da, bu vasitələrdən istifadə etmək ciddi çətinlik yaradır. Bir çox panduslar standartlara uyğun inşa edilməyib, bəziləri isə yalnız formal xarakter daşıyır və faktiki olaraq istifadəyə yararsızdır.

Formal panduslar, işləməyən liftlər: İnklüziv şəhər nə vaxt gerçək olacaq?

Bir sıra obyektlərdə pandusların bucağı düzgün hesablanmayıb, lift və eskalatorlar isə ya ümumiyyətlə işləmir, ya da yalnız qısa müddət fəaliyyət göstərir. Məsələn, bəzi eskalatorlar illərlə işləmədikdən sonra yalnız son dövrlərdə qismən istifadəyə verilib. Lakin bu da problemi tam həll etmir.

Ayaqüstə hərəkətdə çətinlik çəkən şəxslər, yaşlılar və uşaq arabası ilə hərəkət edən valideynlər yol keçərkən ciddi risklə üzləşirlər. Uşaq arabalarını pilləkənlərdən endirmək və ya qaldırmaq demək olar ki, mümkünsüzdür. Bu isə həm təhlükə yaradır, həm də insanların gündəlik həyatını çətinləşdirir.

Əlilliyi olan şəxslərin çoxu təkbaşına hərəkət edə bilmir. Onların mütləq şəkildə yanında kömək edən birinin olması tələb olunur. Məsələn, bəzi ərazilərdə lift platformaları mövcuddur, lakin onlar işləmir və baxımsız vəziyyətdədir. Bu da həmin qurğuların real istifadəsini mümkünsüz edir.

Görmə qabiliyyəti zəif olan şəxslər üçün nəzərdə tutulmuş istiqamətləndirici nişanlar da kifayət qədər deyil. Bu nişanlara əsasən yalnız bəzi dövlət və ya özəl müəssisələrin giriş-çıxışlarında rast gəlinir. Şəhər mühitində onların azlığı bu kateqoriyadan olan insanların sərbəst hərəkətini məhdudlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
50
oxu.az

10Mənbələr