AZ

Yazıçının qayıdışı

ain.az bildirir, 525.az portalına istinadən.

Ədəbiyyat insanı ölməyə qoymur.

İnsan da var ki, qoymur ədəbiyyat ölsün...

Xalq yazıçısı Yusif Səmədoğlu belə ölməz, qüdrətli sənətkarlardan biridir.

Ölkə Prezidenti İlham Əliyevin onun 90 illik yubileyi ilə bağlı verdiyi sərəncamdan sonra Qazaxda rayon rəhbərliyinin təşkilatçılığı ilə geniş tədbirlər planı hazırlanmış, o cümlədən tələbələr arasında esse müsabiqəsi keçirilmiş, Qazax RİH-nin, AYB Qazax bölməsinin, BDU-nun Qazax filialının birgə tədbiri kimi geniş elmi konfrans baş tutmuşdur.

Qazax Dövlət Dram Teatrında yazıçının “Simurq quşu” hekayəsi səhnələşdirilmişdir.

Nəhayət, böyük sənətkarın ad günündə, 2025-ci il dekabrın 25-də Qazaxdakı Ədəbiyyat muzeyində tənətənəli yubiley mərasimi olmuşdur.

AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın aparıcısı olduğu yubiley tədbirində Qazax RİH-nin başçısı Rəcəb Babaşov giriş sözü söyləmiş, Bakıdan dəvət olunmuş qonaqlar – Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov, yazıçının ailə üzvləri Mehriban Vəkilova, Nüşabə Vəkilova, Vurğun Vəkilov, ağstafalı yazar Əli Cəfəroğlu, qazaxlı ziyalılar Qasım Əliyev, Məmməd Qocayev çıxış edərək ürək sözlərini demiş, böyük təfəkkür və idrak sahibinin sənətinin qüdrətindən danışmış, xatirələrini bölüşmüşlər.

Yazıçının qızı Mehriban xanımın imkanım olsaydı, atama bir söz deyərdim: “Ata, qayıt gəl” sözləri hamını kövrəltmiş, duyğulandırmışdır.

Əslində sanki Yusif Səmədoğlu qızının və onu sevənlərin səsini eşidib qayıtmışdı...

Daha sonra çıxış edənlər – BDU-nun Qazax filailının tələbələri Məhəmməd Astanbəyli, Tərlan Aslanlı, Gülər Məmmədli Mirvarid Dilbazinin, Fikrət Qocanın, Zərəngiz Dəmirçi Qayalının yazıçıya həsr olunmuş şeirlərini səsləndirmişlər.

Aşıq Saqif Mazanlı Səməd Vurğunun “Xavərə” şeirini sazda çalıb oxumuşdur.

Aşıq Samir Cəlaloğlu “Azərbaycan” şeirindən bir parçanı “Paşa köçdü” havası üstdə ifa etmiş və bu möhtəşəm yubiley tədbir iştirakçılarının gurultulu alqış sədaları altında sona yetmişdir.

AYB Qazax Bölməsi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
17
525.az

10Mənbələr