AZ

Şahzadə Harri ilə Keyt Middltonun münasibətləri niyə pozulub?

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Britaniya şahzadəsi Harri ilə qardaşı arvadı Keyt Middlton arasındakı münasibətlər bir vaxtlar çox yaxın olub.

Oxu.Az "Express"ə istinadən xəbər verir ki, Harri Keyti öz bacısı adlandırıb.

Lakin bu yaxınlığa baxmayaraq, kral ailəsi üzvləri xeyli müddətdir ki, bir-biri ilə əlaqə saxlamırlar.

Məlumata görə, Harri ilə Keyt arasında yaranan soyuqluq təkcə ailədaxili problemlərlə bağlı deyil. Əlbəttə ki, Harrinin doğma qardaşı və Keytin həyat yoldaşı şahzadə Uilyam ilə gərgin münasibətləri hər kəsə məlumdur. Lakin Harri ilə Keytin dostluğu daha çox ikincinin xəstəliyi səbəbindən pozulub.

Middltonun xərçənglə mübarizəsi onu kral ailəsində baş verən hadisələrə münasibətini yenidən nəzərdən keçirməyə məcbur edib. O, artıq stresdən və neqativdən uzaq durmağa çalışır, ona görə də Harri ilə yaxın əlaqə saxlamamaq qərarına gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
10
oxu.az

10Mənbələr