ain.az bildirir, Apa.az portalına istinadən.
ABŞ təkcə Venesuelaya deyil, Latın Amerikası və Karib hövzəsindəki bütün ölkələrə qarşı aqressiya nümayiş etdirib.APA xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Hil Pinto Latın Amerikası və Karib Dövlətləri Birliyinin videokonfrans formatında keçirilən fövqəladə sammitində çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, həyata keçirilən hücum yalnız Venesuelaya deyil, bütün Latın Amerikası və Karib regionuna yönəlib. O vurğulayıb ki, ABŞ artıq əsl marağının regionun təbii sərvətləri olduğunu gizlədə bilmir.
İvan Hil Pinto qeyd edib ki, suverenliyini qorumağa çalışan istənilən ölkə ABŞ tərəfindən aqressiya ilə üzləşə bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.