AZ

Sumqayıtda sexdə güclü yanğın

Sumqayıt şəhərində karton tullantılarının yığılması ilə məşğul olan obyektdə yanğın hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Kimyaçılar yaşayış massivi ərazisində yerləşən tullantı qəbulu məntəqəsində qeydə alınıb.

İlkin məlumata əsasən, sözügedən obyekt Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Gülalıyev Seymur Mahir oğlunun icarəsində olub. Yanğın nəticəsində karton tullantıları və obyektin bir hissəsi yanaraq yararsız hala düşüb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun genişlənməsinin və yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.

Hazırda hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yanğının dəqiq səbəbləri və maddi ziyanın həcmi müəyyənləşdirilir.

Seçilən
96
33
nocomment.az

10Mənbələr