Bu gün bir moda aksessuarı kimi gördüyümüz qotazlar, əslində XVIII əsr dənizçilərinin həyatını xilas etmək üçün icad edilib.
Publika.az bu kiçik yun topların maraqlı hekayəsini təqdim edir:
Qotazların mənşəyi Fransa Hərbi Dəniz Qüvvələrinə söykənir. O dövrün gəmilərində tavanlar çox alçaq idi və dənizçilər gəmi hərəkət edərkən və ya fırtına zamanı tez-tez başlarını tavanın kəskin künclərinə və ya taxta tirlərə çırpırdılar.
Dənizçilərin başlarını qorumaq üçün papaqların təpəsinə yun toplar tikilməyə başlandı. Bu qotazlar bir növ xəbərdarlıq və qorunma sistemi idi:
Dənizçi başını harasa yaxınlaşdıranda əvvəlcə yumşaq qotaz toxunurdu və o, başını çəkməli olduğunu anlayırdı.
Əgər başını bərk çırpsaydı, yun top zərbənin şiddətini bir qədər azaldırdı.