AZ

Trampdan XƏBƏRDARLIQ – “Venesueladan sonra bu ölkə də çökəcək”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kuba hakimiyyəti gəlir çatışmazlığı səbəbindən çökməyə yaxındır.

Bizim.Media “Fox news”a istinadən xəbər verir ki, Amerika lideri jurnalistlərə açıqlamasında bu barədə məlumat verib.

"Düşünürəm ki, Kubanın süquta hazır olduğunu görürsünüz. Kuba çökməyə hazır görünür. Onların necə tab gətirəcəyini və ya gətirməyəcəyini bilmirəm", - Tramp deyib.

Onun sözlərinə görə, Kubanın hazırda heç bir gəliri yoxdur. 

"Onlar bütün gəlirlərini Venesuela neftindən alırdılar, indi isə artıq heç nə əldə etmirlər. Kuba isə
sözün əsl mənasında çökməyə hazırdır".

Vaşinqtonun Havanaya qarşı mümkün hərbi əməliyyatları ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, o, belə bir hərəkətin zəruri olduğuna inanmır.

"Düşünürəm ki, Kuba sadəcə çökəcək. Hər hansı tədbir görməli olduğumuzu düşünmürəm. Görünür, Kuba sadəcə olaraq çökəcək", - o deyib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb. Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib. Bundan əlavə, Venesuela Prezidenti Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ABŞ-a aparılıb. O, Nyu-Yorkda hakim qarşısına çıxarılacaq.

Bizim.Media 

Seçilən
137
24
bizim.media

10Mənbələr