AZ

Aİ Qrenlandiya ilə bağlı ABŞ-a qarşı sanksiyalar hazırlayır

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planlarından əl çəkməməsi halında, Amerika şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək planları hazırlayır.

"Unikal" xəbər verir ki, bu barədə "The Sunday Telegraph" qəzeti mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, Amerikanın texnologiya nəhəngləri Meta, Google və Microsoft məhdudlaşdırıcı tədbirlərə məruz qala bilər.

Bundan əlavə, Brüssel "X" sosial şəbəkəsinin işini məhdudlaşdıra və ABŞ-dan olan banklara və maliyyə firmalarına məhdudiyyətlər tətbiq edə bilər.

Seçilən
40
4
unikal.az

10Mənbələr