"Qışda papaqsız gəzinti baş ağrılarına və otitə səbəb ola bilər".
Hafta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Belə ki, Moskva vilayəti Səhiyyə Nazirliyinin Krasnoqorsk xəstəxanasının həkim-oftalmoloqu İvan Zarubin bildirib ki, papaq taxmadan gəzinti baş və boyun damarlarının spazmına səbəb ola bilər ki, bu da həssas insanlarda baş ağrısı, başgicəllənmə və ya arterial təzyiqin yüksəlməsi ilə nəticələnir.
Bundan əlavə, qulaq seyvanlarının kifayət qədər qorunmaması və onların həddindən artıq soyuması qulaq iltihabının (otit) yaranma riskini artırır. Zarubin vurğulayıb ki, soyuq özü-özlüyündə soyuqdəymə xəstəliklərinə səbəb olmur, lakin immun cavabı zəiflədir və viruslar üçün daha əlverişli şərait yaradır.