ain.az bildirir, Azpost saytına əsaslanaraq.
Onlayn alış-verişlə bağlı göndərilən adi bir məktub ciddi təhlükəyə çevrilə bilər. AzPost xəbər verir ki, dələduzlar vətəndaşların gadgetlərinə nəzarəti ələ keçirmək üçün guya çatdırılmış onlayn sifarişlərlə bağlı saxta elektron məktublar göndərməyə başlayıblar.
Məlumata görə, istifadəçilərin elektron poçtuna “sifarişinizin statusu” ilə bağlı məktub daxil olur və məktubda məhsulun necə əldə ediləcəyi barədə məlumat üçün link təqdim edilir. İlk baxışdan adi bildiriş təsiri bağışlayan bu keçid əslində zərərli proqramın yüklənməsinə səbəb olur.
Linkə daxil olduqdan sonra həmin proqram avtomatik şəkildə telefon və ya kompüterə yüklənir. Nəticədə dələduzlar qurğuya uzaqdan giriş imkanı əldə edərək şəxsi məlumatları, bank hesablarını və digər həssas informasiyaları ələ keçirə bilirlər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, tanımadığınız göndəricilərdən gələn məktublardakı linklərə daxil olmaq ciddi risk yaradır.
Qeyd olunur ki, real sifariş etmədiyiniz halda bu cür bildirişlərə xüsusilə diqqətlə yanaşmaq və heç bir keçidə klikləməmək lazımdır. Antivirus roqramlarından istifadə etmək və şübhəli məktubları dərhal silmək tövsiyə olunur.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.