Ötən gecə Şamaxı-Çuxuryurd-Nağaraxana yolunda güclü külək əsib. Bu zaman qar kütlələri topalanaraq yollarda buzlaşmaya səbəb olub. Dərhal "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi yaranmış problemi aradan qaldırıb.
Həmçinin, Şamaxı-Şərədil kənd yolu meşə zolağında yerləşdiyi üçün yolun qardan və buzdan təmzilənməsi gec əmələ gəlir.
Qurumun sahə rəisi Şahin Cavadovun AzadMedia.az-a verdiyi məlumata görə, gecə saatlarından başlayaraq, əməkdaşlar yollarda buzlaşmanı aradan qaldırır. Sürücü və piyadaların rahat və təhlükəsiz hərəkəti üçün texnika vasitəsilə işlər görülür. Yollara qum və duz səpilir. Artıq adıçəkilən yollarda avtomobillərin hərəkəti bərpa olunub.