AZ

Sadiq Qurbanov: “Dünya azərbaycanlılarının dayağı Azərbaycan dövlətidir!”

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü bayramının qeyd edilməsi, dünyada yaşayan azərbaycanıların bir amal uğrunda birləşməsi ümummli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə QHT.az-a açıqlamasında qeyd edib. O, bildirib ki, bu siyasət Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin vaxtında yeni inkişaf mərhələsinə qalxıb. Ümummilli Lider Heydər Əliyevin aşağıdakı fikirləri bu tarixi hadisəyə verilmiş ən yüksək qiymətdir. O deyir:

“Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”

Seçilən
16
21
qht.az

10Mənbələr