AZ

“Morgan Stanley” neft üzrə qiymət proqnozunu aşağı salıb

“Morgan Stanley”in proqnozlarına görə, qlobal neft bazarında profisit artımı bu yarımil ərzində davam edəcək və ilin ortalarında pik həddə çata bilər ki, bu da qiymətlərə təzyiq göstərəcək. Bu səbəbdən bank 2026-cı ilin ilk üç rübü üçün qiymət proqnozlarını aşağı salıb.

Bankın analitiklərinin fikrincə, “qlobal neft bazarında balansın əvvəlcə zəifləməsi, daha sonra isə yaxşılaşması ehtimal olunur ki, bu da gələcək qiymətlərin azalması tendensiyasını proqnozlaşdırmağa əsas verir”.

Onların sözlərinə görə, bir sıra ölkələrdə geosiyasi risklər qalmaqda davam etsə də, bu risklər yalnız real istehsal itkilərinə səbəb olduğu halda qiymətlərə uzunmüddətli təsir göstərə bilər və təcrübə göstərir ki, bu, son dərəcə nadir hallarda baş verir.

Proqnozlara əsasən, Brent markalı neftin orta qiyməti birinci rübdə bir barel üçün 57,50 ABŞ dolları, ikinci rübdə 55 ABŞ dolları, üçüncü rübdə isə 57,50 ABŞ dolları təşkil edəcək.

2026-cı ilin dördüncü rübü və 2027-ci ilin birinci yarısı üçün proqnoz 60 ABŞ dolları səviyyəsində saxlanılıb.

Hazırda Brent markalı neftin qiyməti 2025-ci ildə 18% ucuzlaşmadan sonra bir barel üçün 61,15 ABŞ dolları təşkil edir. Sonuncu dəfə qiymət 55 ABŞ dollarından aşağı 2021-ci ildə düşmüşdü.

“Morgan Stanley”in hesabatında həftəsonu baş verən hadisələr, o cümlədən ABŞ tərəfindən Venesuelada Nikolas Maduronun saxlanılması qeyd olunmayıb.

Proqnoza görə, profisit OPEC+ ölkələrində hasilatın artması, eləcə də bu qrupa daxil olmayan qazma şirkətlərinin istehsalı genişləndirməsi ilə bağlıdır.

Gözləntilərə əsasən, təklif artıqlığı 2026-cı ilin birinci yarısında sutkada təxminən 2,7 milyon barel səviyyəsində pik həddə çatacaq, bundan sonra isə azalacaq ki, bu da “2027-ci ilin sonuna doğru bazarın tarazlaşmasına gətirib çıxaracaq”.

Seçilən
39
17
banker.az

10Mənbələr